Sabahın havası: 40 dərəcə isti olacaq

Xəbərlər

21.08.2026 - 13:51

Bakıda və rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 23-27° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək. Gecə 21-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş