Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

07.04.2021 - 13:39

Bakıda cənub-qərb küləyi əsəcək

 

Aprelin 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55  faiz təşkil edəcək. 

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 7-12, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az