Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

29.11.2020 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda yağış yağacağı gözlənilir

 

Noyabrın  30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə,  noyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir .

 

Mülayim şimal küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq. 

 

Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-7,  gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-3 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 30-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş