Bakı klubu bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək
Bakının "Sabah" klubu bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.
AYNA.AZ xəbər verir ki, baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.
"Old Trafford"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyunu fransalı FIFA referisi Villi Delajod idarə edəcək.
13 oktyabrda "Sabah" Bakıda Çexiya "Slaviya Praqa"sını qəbul edəcək.