Sabah İmişlinin iki kəndində qaz təchizatında məhdudiyyət olacaq

Xəbərlər

13.03.2025 - 20:21

Həkimlər Klinikalar SEO Xidməti

Saat 09:30-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq

Sabah İmişli rayonunun iki kəndinin qaz təchizatında məhdudiyyət olacaq.

AYNA-nın məlumatına görə, rayonun Oruclu və Ağaməmmədli kəndlərində abonentlərin qaz xəttinə qoşulması və açılması, eyni zamanda qaz xəttlərinə texniki baxış işləri apararkən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kəndlərdə (ümumi 529 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş