Sabah Bakının bəzi yerlərində yağış yağacaq

Xəbərlər

07.06.2021 - 13:52

Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

 

İyunun 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

 

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

 

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Müəllif: Ayna.az