Saatlıda qadın intihara cəhd edib

Hadisə

23.05.2021 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Onun vəziyyətinin kritik olduğu bildirilir

 

Saatlıda intihara cəhd hadisəsi olub. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Nəsimikənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Lakin yaxınları bundan vaxtında xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olub.

 

A.Bəkirova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş