Saatlıda gecə işləyən çayxana aşkarlanıb

Xəbərlər

11.04.2021 - 14:59

3 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Sarıcalar kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

 

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Müəllif: Ayna.az