“Sabahın xeyir, Gürcüstan! Artıq 8 il sonra Gürcüstanda"
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 8 ildən sonra ölkəsinə qayıdıb. AYNA xəbər verir ki, bu barədə Saakaşvili "Faceebok" hesabında bildirib: “Sabahın xeyir, Gürcüstan! Artıq 8 il sonra Gürcüstanda".
Saakaşvili video paylaşaraq Batumi şəhərində olduğunu söyləyib: “Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”.
Hələlik Gürcüstanın Daxili İşlər Nazirliyi Saakaşvilinin ölkəyə qayıtması xəbərini təsdiq və ya inkar eyməyib.
Qeyd edək ki, Saakaşvili oktyabrda yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar ölkəsinə qayıdacağını söyləmişdi. O, Gürcüstanda axtarışa verilib və barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.
Xatırladaq ki, sabah Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.