Rusiyanın keçmiş naziri koronavirusa məğlub oldu

Dünya

26.05.2020 - 16:17

COVID-19 xəstəliyinə tutulmuş Vladimir Lopuxin vəfat edib

 

COVID-19 xəstəliyinə tutulmuş Rusiyanın sabiq Yanacaq və Energetika naziri Vladimir Lopuxin dünyasını dəyişib. AYNA Rusiya KİV-ə istinadən bildirir ki, keçmiş nazirin ölümü haqqında onun dostu, yazıçı Denis Draqunski “Facebook” hesabında yazıb.

 

Yazıçı qeyd edib ki, Lopuxin koronavirusa qalib gələ bilməyib: “Bu gün mənim qədim və sadiq dostum, həyatımda ciddi dəyişikliyə səbəb olan Vladimir Lopuxin koronavirusdan vəfat edib. Əziz Volodya, məkanın cənnət olsun”.

 

Qeyd edək ki, 69 yaşlı Lopuxin Rusiyanın ilk Yanacaq və Energetika naziri olub. 

Müəllif: Ayna.az