Rusiyalı generalı Suriyada partlayışda ölüb

Dünya

18.08.2020 - 19:41

Partlayış zamanı daha iki rus hərbçisi yaralanıb

 

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada ölüb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya Ordusunun general-mayoru həlak olub. Partlayış zamanı daha iki rus hərbçisi yaralanıb.

Müəllif: Ayna.az