Hava yolu ilə qayıtmaq istəyənlərlə bağlı isə əlavə məlumat verilələcək
Rusiya Federasiyasından Azərbayacana qayıtmaq istəyən vətəndaşların gətirilməsi quru və hava yolları ilə baş tutacaq.
AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki mətbuat konfransında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“Vətəndaşlar hava və quru yolları ilə qayıtmağı özləri seçə bilərlər. Quru yolu ilə qayıdanlar Samur sərhəd keçid məntəqəsi vasitəsi ilə mərhələli şəkildə ölkəyə daxil olacaqlar. Rusiya Federasiyası ərazisində olan və Azərbaycan Respublikasının ərazisinə qaytımaq istəyən vətəndaşlarımız “Evə gedirəm” portalı vasitəsi ilə müraciət edə bilərlər. Qeydiyyat beş gün ərzində həyata keçirləcək və vətəndaşlarımızın bu dövr ərzində qeydiyyatdan keçməsi tövsiyə olunur", - deyə PA rəsmisi bildirib.
H.Hacıyev qeyd edib ki, hava yolu ilə qayıtmaq istəyənlərlə bağlı isə əlavə məlumat verilələcək.