Rusiyadakı səfirimiz erməni yalanını ifşa etdi: “Saxta xəbərlərdir”

Siyasət

29.09.2020 - 16:38

Polad Bülbüloğlu: “Azərbaycan Ordusunun nə muzdlulara, nə də əlavə qüvvələrə ehtiyacı var”

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Komsomolskaya Pravda” radiostansiyasının efirində cəbhədə baş verən gərginlikdən danışıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, səfir Azərbaycan tərəfindən Dağlıq Qarabağda muzdluların döyüşdürüldüyü xəbərlərini təkzib edib.

 

“Oraya Türkiyədən muzdluların gətirildiyi, döyüşdürüldüyü xəbərləri tamamilə yalan və saxtadır. Azərbaycan Ordusunun nə muzdlulara, nə də əlavə qüvvələrə ehtiyacı var”, - deyə Bülbüloğlu söyləyib.

 

Səfir qeyd edib ki, Rusiyada yaşayan və cəbhəyə göndərilməsini xahiş edən çoxsaylı azərbaycanlılar var: “Hamısına dərin təşəkkürlərimizi söyləyirik, amma bu gün ordumuzun buna ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələri tamamilə komplektləşdirilib, təchiz olunub və ən müasir silahlarımız var”.

 

Qeyd edək ki, döyüş meydanında güclü zərbə alan, darmadağın edilən erməni hərbi birləşmələri dezinformasiya yayaraq bildirirlər ki, guya, Azərbaycan Ordusunun sıralarında Türkiyənin muzdluları var. 

Müəllif: Ayna.az