Rusiyada koronavirusdan 92 mindən artıq şəxs ölüb

Dünya

14.03.2021 - 17:31

Qonşu ölkədə ötən sutka ərzində daha 10 min 83 nəfər virusa yoluxub

 

Rusiyada ötən sutka ərzində daha 10 min 83 nəfər koronavirusa yoluxub. AYNA Rusiya mediasına istinadən bildirir ki, bununla da ölkədə virusa yoluxanların sayı 4 milyon 390 min 608 nəfərə çatıb.

 

Ötən sutka ərzində koronavirusdan daha 395 nəfər ölüb ki, bununla da xəstəlikdən ölənlərin sayı  92 min 90 nəfərə çatıb.

Müəllif: Ayna.az