Rusiyada koronavirusa yoluxanların sayı artıb

Xəbərlər

28.04.2020 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Son 24 saat ərzində 6411 nəfərə koronavirus diaqnozu qoyulub

 

Rusiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

 

AYNA xəbər verir ki, şimal qonşumuzda son 24 saat ərzində 6411 nəfərə koronavirus diaqnozu qoyulub.

 

Bununla da, Rusiya 93558 yoluxma ilə İranı geridə qoyub və ən çox yoluxma hadisəsinə görə 8-ci ölkə olub.

 

Digər tərəfdən, ölkədə sutka ərzində daha 74 nəfər pandemiyanın qurbanı olub və ölənlərin sayı 867-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş