"Rusiya və Ukrayna böyük əsir mübadiləsi barədə indicə razılığa gəliblər”
Rusiya və Ukrayna tezliklə genişmiqyaslı əsir mübadiləsi aparacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
"Rusiya və Ukrayna böyük əsir mübadiləsi barədə indicə razılığa gəliblər. Danışıqlarla bağlı hər iki tərəfi təbrik edirəm”, - deyə Prezident qeyd edib.
Xatırladaq ki, tərəflər “1000-ə 1000” düsturuna əsasən məhbusların dəyişdirilməsi barədə razılığa gəliblər.