Rusiya və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşü planlaşdırılır

Siyasət

26.03.2021 - 21:13

Həkimlər Klinikalar SEO Xidməti

Görüş MDB XİN başçılarının ​iclası çərçivəsində baş tutacaq

 

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.

 

AYNA-nın məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi ​ xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.

 

M. Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş