Rusiya və Avropa İttifaqı Canubi Qafqazı müzakirə edib

Siyasət

17.07.2020 - 21:52

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyət müzakirəyə çıxarılıb

 

Rusiya və Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti müzakirə ediblər. AYNA bildirir ki, bu barədə Rusiyanın XİN-in Mətbuat Xidməti məlumat verib.

 

Xəbərdə qeyd olunur ki, iyulun 17-də Avropa İttifaqı tərəfinin təşəbbüsü ilə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə diskussiyalarında Avropa İttifaqı tərəfdən həmsədr, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toqvo Klaarla telefon danışığı olub.

 

“Son hadisələr fonunda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi müzakirə edilib. Vurğulanıb ki, münaqişə tərəfləri maksimum təmkin nümayiş etdirməli, vəziyyətin daha da mürəkkəbləşməsinə aparan hərəkətlərdən və bəyanatlardan imtina etməli, həmçinin atəşkəs rejiminə riayət edilməsi üzrə öhdəliklərini yerinə yetirilməlidirlər”, - deyə məlumatda bildirilir.

 

Tərəflər Gürcüstan-Cənubi Osetiya sərhədyanı bölgədə işlərin cari vəziyyətini də nəzərdən keçiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş