Rusiya səmasında 362 dron vurulub

Dünya

13.08.2026 - 12:56

Tələfat və dəymiş ziyan barədə məlumatlar dəqiqləşdirilir

Avqustun 13-nə keçən gecə RF hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları, həmçinin Qara və Azov dənizləri üzərində 362 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, Başqırdıstanın Salavat şəhərindəki sənaye zonasına 20-dən çox dron hücum edib.

PUA-ların bəziləri vurulub, qalanları isə respublikanın Çişminski rayonundakı anbar kompleksinə dəyib.

Hava hücumu nəticəsində “Wildberries” obyektinin yerləşdiyi sənaye zonasında yanğın baş verib. Tələfat və dəymiş ziyan barədə məlumatlar dəqiqləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş