Rusiya pilotsuz təyyarəsinin Türkiyəyə məxsus VICTRESS yük gəmisinə endirdiyi zərbə böyük yanğına səbəb olub
Rusiyanın Türkiyəyə məxsus VICTRESS yük gəmisinə endirdiyi pilotsuz təyyarənin hücumu böyük yanğına səbəb olub. Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları olan doqquz heyət üzvü olub. AYNA.AZ-ın məlumatına görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasında qeyd edilib ki, Rusiya pilotsuz təyyarəsi xarici gəmiyə dəyib və nəticədə itkilər olub.
Bildirilib ki, Rusiya pilotsuz təyyarəsinin Türkiyəyə məxsus VICTRESS yük gəmisinə endirdiyi zərbə böyük yanğına səbəb olub. Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları olan doqquz heyət üzvü olub.
Çətin vəziyyət və yanğının daha da yayılması təhlükəsi nəzərə alınmaqla, Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıq heyətləri yük gəmisinin heyətini təxliyə etmək üçün xilasetmə əməliyyatını uğurla həyata keçiriblər, lakin "onlar arasında itkilər var".
Həmin gecə ruslar Palau və Belizə bayraqlı gəmilərə də hücum ediblər. Tələfat olmayıb və zədələnmiş gəmilər yollarına davam ediblər.