Rusiya Ermənistana yeni silahlar göndərib - <font color=red> “Regnum”</font>

Siyasət

04.09.2020 - 14:19

Agentlik “Dağlıq Qarabağın yeni ümidləri” adlı məqalə yayımlayıb

 

Rusiyanın “Regnum” İnformasiya Agentliyi 4 sentyabr tarixli “Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.

 

AYNA xəbər verir ki, “Regnum” məqaləsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini, mahiyyətini və nizamlanması ilə əlaqədar real faktları təhrif edib. 

 

Bununla yanaşı, məqalədə iyul döyüşlərindən sonrakı vəziyyət Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası kimi qiymətləndirilib. Yazıda, iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığı faktı ilə bağlı təsdiqləyici fikirlər qeyd olunub.  

Müəllif: Ayna.az