Rossun adı Moskva tərəfindən persona non-qrata elan edilmiş on Amerika diplomatı siyahısında yer alıb
Rusiya ABŞ səfirliyinin əməkdaşı, mətbuat katibi Rebekka Rossu ölkədən çıxarır. AYNA xəbər verir ki, bu barədə mənbələrinə əsasən, "Kommersant" qəzeti yazıb.
Bildirilir ki, Rossun adı Moskva tərəfindən persona non-qrata elan edilmiş on Amerika diplomatı siyahısında yer alıb. Moskva bu addımı Vaşinqtonun müvafiq hərəkətlərinə cavab olaraq atıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 15 apreldə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi haqqında fərman imzayıb. Məhdudiyyətlər fiziki və hüquqi şəxsləri əhatə edir.
Sanksiyanın səbəbləri arasında bunlar göstərilir: Rusiyanın kiber sferadakı düşmən fəaliyyəti, ABŞ-da və ya digər xarici dövlətlərdə seçkilərə müdaxilə.