Tərəflər bir-birinin maraqlarını nəzərə almağa razılaşıblar
Səudiyyə Ərəbistanında Rusiya-ABŞ danışıqları başa çatıb.
AYNA bildirir ki, Rusiya nümayəndə heyətinin üzvü Uşakovun sözlərinə görə, görüş pis keçməyib. O, bəyan edib ki, Rusiya və ABŞ “bir-birinin maraqlarını nəzərə almağa” razılaşıblar.
Prezidentin köməkçisi qeyd edib ki, iki ölkə lideri Vladimir Putin və Donald Tramp arasında görüş də müzakirə olunub, lakin gələn həftə baş tutması ehtimalı azdır.