Rumıniyada COVID xəstəxanasında yanğın: 9 ölü var

Dünya

01.10.2021 - 20:39

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə zamanı xəstəxanada 113 nəfər müalicə olunurmuş

Rumıniyanın Konstansa şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

AYNA-nın məlumatına görə, hadisə nəticəsində 9 nəfər həlak olub.

Yanğın xəstəxananın intensiv terapiya şöbəsində baş verib və sürətlə yayılmağa başlayıb. Hadisə zamanı xəstəxanada 113 nəfər müalicə olunurmuş.

Hazırda xəstələrin böyük əksəriyyəti digər xəstəxanalara keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş