Rubio ilə Lavrov arasında telefon danışığı olub

Dünya

16.03.2025 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət katibi XİN başçısı ilə Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra gələcək addımları müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, Rubio və Lavrov Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra gələcək addımları müzakirə ediblər. Onlar ABŞ və Rusiya arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Dövlət katibi həmçinin Lavrova ABŞ-ın Yəməndə husilərə qarşı hərbi əməliyyatı barədə məlumat verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş