Portuqaliyalı futbolçu keçən il 260 milyon dollar qazanıb
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya milli futbol komandasının hücumçusu Kriştiano Ronaldo 2024-cü ilin ən çox qazanan idmançıları siyahısına başçılıq edir.
AYNA “Sportico”ya istinadən bildirir ki, Ronaldo ötən il Səudiyyə klubu ilə müqaviləsindən 215 milyon dollar, daha 45 milyon dollar isə reklam müqavilələrindən əldə edib.
İkinci yeri “Qolden Steyt”də çıxış edən amerikalı basketbolçu Stiven Karri (153 milyon dollar), üçüncü yeri isə britaniyalı boksçu Tayson Fyuri (147 milyon dollar) tutur.
İlk onluğa həmçinin argentinalı futbolçu Lionel Messi (135 milyon dollar), amerikalı basketbolçu LeBron Ceyms (133,2 milyon dollar), braziliyalı futbolçu Neymar (133 milyon dollar), ukraynalı boksçu Oleksandr Usik (122 milyon dollar), fransalı futbolçu Kərim Benzema (116 milyon dollar) və ispaniyalı futbolçu Kiliam Mbape (10 milyon dollar) daxil olub.