“Rheinmetall”ın rəhbəri Almaniya hökumətini dronlara qarşı güclü müdafiəyə səsləyib

Dünya

07.08.2026 - 20:55

“Almaniya bu cür hadisələrdən kifayət qədər qorunmur, çünki əks tədbirlər texnologiyaları hələ hər yerdə tətbiq olunmayıb”

Almaniyanın “Rheinmetall” müdafiə şirlətinin rəhbəri Armin Papperger Almaniyanı PUA-lara qarşı müdafiəsini gücləndirməyə çağırıb. O, ölkənin bu cür təhdidlərdən kifayət qədər qorunmadığını hesab edir.

AYNA.AZ-ın məlumatına görə, Papperger DPA xəbər agentliyinə bildirib ki, "bu cür hücumları tez bir zamanda necə bilməyi və lazım gələrsə, bu dronları vurmağı öyrənmək üçün təcili tədbirlər görməliyik".

O əlavə edib ki, Almaniya "bu cür hadisələrdən kifayət qədər qorunmur", çünki əks tədbirlər texnologiyaları hələ hər yerdə tətbiq olunmayıb.

"Aeroportlardan başqa, bizim bir çox digər vacib infrastruktur obyektlərimiz var", o əlavə edib.

“Rheinmetall” rəhbəri hesab edir ki, bu sahədə qanunvericiliyin daha da islah edilməsi zəruridir.

Qeyd edək ki, Leypsiq/Halle hava limanında dronla bağlı hadisə aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş