25 yaşlı hücumçu komandanın baş məşqçisinin istəyi ilə kollektivdən uzaqlaşdırılıb
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubunun heyətindən kənarlaşdırılıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə idman mediası məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı hücumçu komandanın baş məşqçisi Kamal Özdeşin istəyi ilə kollektivdən uzaqlaşdırılıb.
Dadaşov “Ankaragücü”nün bazasında fərdi məşqlər keçir.
Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayında "Ankaragücü" klubuna keçib.