Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

10.09.2020 - 22:20

Ümumilikdə 37 874 nəfər virusa yoluxub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 10-na olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 049 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 138 nəfər reanimasiyada, 14 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 139 və 15 idi.

 

Ümumilikdə 37 874 nəfər virusa yoluxub, 35 269 nəfər sağalıb, 556 nəfər vəfat edib.

 

Bu gün 7 290 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 988 268 test aparılıb.

 

Qeyd edək ki, bu gün 142 koronavirusa yoluxma faktı qeydə alınıb, 150 nəfər sağalıb, 1 nəfər ölüb.

Müəllif: Ayna.az