Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

27.08.2020 - 00:24

cedabet dərman SEO Xidməti

Ümumilikdə 35 707 nəfər virusa yoluxub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 26-na olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 904 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 150 nəfər reanimasiyada, 19 nəfər isə süni tənəffüs cihazındadır.

 

Ümumilikdə 35 707 nəfər virusa yoluxub, 33 281 nəfər sağalıb.

 

Ötən gün 6 791 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 892 070 test aparılıb.

 

Qeyd edək ki, bu gün 148 koronavirusa yoluxma faktı qeydə alınıb, 91 nəfər sağalıb, 1 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş