“Alyansın kəşfiyyat xidmətləri mümkün hücuma hazırlıq əlamətləri aşkar etməyib”
Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Miruşa Moskvanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə o, “Digi24”ə müsahibəsində deyib.
Nazir vurğulayıb ki, "Rusiyanın hansısa NATO ölkəsinə hücum etmək niyyətində olduğuna inanmıram".
Miruşa əlavə edib ki, “Alyansın kəşfiyyat xidmətləri mümkün hücuma hazırlıq əlamətləri aşkar etməyib”.