Qusarda “Xaşxaş-2021” adlı əməliyyat keçirilib

Xəbərlər

27.07.2021 - 19:24

Həkimlər Klinikalar SEO Xidməti

Narkotik yetişdirən şəxs saxlanılıb

 

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Kuzun kəndinin sakini Ehtiram Mollayev saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupundan AYNA-ya bildirib ki, həmin şəxsin yaşadığı Kuzun kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi çətənə bitkisi aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş