Qusarda sürücülərə qarşı reyd keçirilib

Xəbərlər

10.11.2021 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Dayanma-durma qaydalarını pozanlar cərimələniblər

Qusar Rayon Dövlət Yol Polisinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin olunması ilə bağlı gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, yol polisləri tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil olunub.

Polis əməkdaşları tərəfindən dayanma-durma qaydalarını kobud şəkildə pozan nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.

Dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.

Polis əməkdaşları sürücülərdən “Yol hərəkəti haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələrini tələb edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş