Qusar camaatının narahatlığı aradan qaldırılıb

Cəmiyyət

14.02.2020 - 22:10

İradə İbrahimova: "Vətəndaşları narahat edən problemlərin ictimailəşdirilməsi ən doğru addımdır"

 

AYNA-nın redaksiyasına Qusar rayonu, Aşağı Xuc kəndinin ərazisində, Qusarçayın sahilində qalaq-qalaq zibil tullantılarının olması ilə bağlı şikayət daxil olub. Vətəndaşlar həm Qusarçaya, həm də ətraf mühitə olan zərərdən narahatlıqlarını bildiriblər.

 

AYNA məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdikdən sonra vəziyyət nəzarətə götürülüb və tədbirlər görüb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə İbrahimova bildirib ki, qeyd olunan ərazidə məişət tullantılarının qalaqlanması ilə bağlı ETSN-ə daxil olan şikayət yerində araşdırılıb.

 

“Sözügedən əraziyə keçirilən baxış zamanı Qusarçay çayının sahilinə məişət tullantılarının atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub. Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Aşagı Xuc bələdiyyəsi tərəfindən tullantılardan təmizlənib”, - deyə İ.İbrahimov qeyd edib.

 

Onun sözlərinə görə, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Aşagı Xuc bələdiyyəsinə xəbərdarlıq edilib: "Vətəndaşları narahat edən problemlərin ictimailəşdirilməsi ən doğru addımdır. Bu ictimai nəzarət bizi də məmun edir, hər bir vətəndaş ətraf mühitə diqqətli olmalıdır, hər hansı neqativi, xoşagəlməz halı müxtəlif yollarla, media və ya şəxsi müarciəti ilə bizə çatdıra bilər. Nazirliyin 168 saylı “qaynar xətt”i müraciətləri dinləmək və qiymətləndirməyə hər zaman hazırdır”.

 

Xəbərin şəkil bölməsində ərazinin əvəllki, çirklənmiş və sonrakı, zibildən təmizlənmiş vəziyyətini əks etdirən fotoları təqdim edirik.

Müəllif: Raminə Eyvazqızı