“Qarabağ”ın baş məşqçisinin köməkçisi xəbəri təsdiqləyib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada yer almayıb. AYNA xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin səhhətində yaranan problem olub.
Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib. Baş məşqçinin köməkçisi Elçin Rəhmanov “Report”a deyib ki, Q.Qurbanovda koronavirus aşkarlanıb.
Qeyd edək ki, “Qarabağ”ı “Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.