Qubada iki qardaş çaya yıxılıb, <font color=red> biri ölüb</font>

Hadisə

17.05.2021 - 20:34

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudiyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

 

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş