Qubada gecə saatlarında fəaliyyət göstərən çayxana aşkar edilib

Hadisə

20.02.2021 - 12:39

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

 

DİN-in Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K.Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.

 

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

 

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş