Qubada çaylarda su səviyyəsi artıb

Xəbərlər

16.08.2026 - 17:52

Quba rayonunda yağıntılı hava şəraiti davam edir

Quba rayonunda yağıntılı hava şəraiti davam edir. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, gecə saatlarından başlayan yağış səhər saatlarına qədər davam edib.

Avqustun 16-na olan son məlumata görə, Qudyal çayında su sərfi saniyədə 8 kubmetr, Qaraçayda 7 kubmetr, Vəlvələçayda 5 kubmetrdir.

Cağacuqçay, Ağçay və Quruçayda isə su sərfi saniyədə 0,5 kubmetr təşkil edir.

Torpağın rütubətliliyi orta səviyyədədir.

Hazırda rayon ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş