Qubada ağır yol qəzası: dörd nəfər ölüb

Hadisə

17.10.2021 - 12:36

Yaralananlar xəstəxanaya yerləşdirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

AYNA FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar Quba Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Müəllif: Ayna.az