“Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün” - <font color=red> Hikmət Hacıyev </font>

Siyasət

17.10.2020 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi attaşelər Gəncəyə gedir

 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

 

“Diplomatik korpus və hərbi attaşelerlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, - H.Hacıyev yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş