Qonşu ölkədə bir gündə 3 nəfər koronavirusa yoluxub

Dünya

01.07.2020 - 12:03

Gürcüstanda cəmi 120 koronaviruslu xəstə qalıb

 

Gürcüstanda son sutka ərzində daha 3 nəfər koronavirusa yoluxub. AYNA gürcü mətbuatına istinadən bildirir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların ümumi sayı 931 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 2 809 nəfər karantində saxlanılır. Yoluxanlardan 794 nəfər sağalıb, 15 nəfər isə dünyasını dəyişib. Gürcüstanda hazırda 120 aktiv koroanviruslu xəstə müalicə alır.

Müəllif: Ayna.az