“Qisasçılar: Oyunun sonu” ən çox gəlir gətirən filmlər arasında birinci olub

Maraqlı

06.10.2026 - 08:44

Entoni və Co Russo qardaşlarının elmi-fantastik döyüş filmi dünya kassa siyahılarında "Avatar"ı geridə qoyub

Superqəhrəman blokbasteri "Qisasçılar: Oyunun sonu" yenidən yayımlandıqdan sonra dünya miqyasında 2,925 milyard dollar gəlir əldə edərək yenidən bütün zamanların ən çox gəlir gətirən filmi olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Entoni və Co Russo qardaşlarının elmi-fantastik döyüş filmi dünya kassa siyahılarında "Avatar"ı geridə qoyub. Ceyms Kemeronun blokbasteri 2021-ci ildən bəri ən çox gəlir gətirən filmlər arasında birinci yeri tutub. Həmin vaxt kinoteatrlara qayıtması sayəsində 2,923 milyard dollara çatıb.

Əvvəllər birinci yeri 2019-cu ildə premyerası ilə Kemeronun filmini taxtdan salan "Qisasçılar: Oyunun sonu" tutmuşdu. Bundan əvvəl isə "Avatar" on il ərzində birinci yeri tutub.

“Marvel Studios” filminin sonuncu buraxılışında 126 milyon dollardan çox qazanc əldə etdiyi bildirilir. Film Russo qardaşlarının rejissorluğu ilə çəkilən "Qisasçılar: Doktor Doom" filminin dekabr premyerasına diqqət çəkmək üçün kinoteatrlara geri qaytarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş