Qırmızı Bazar istiqamətində yanğın

Hadisə

02.07.2021 - 22:37

Həkimlər Klinikalar SEO Xidməti

FHN yanğının söndürülməsində helikopterdən istifadə edib

 

Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, yanğının söndürülməsi istiqamətində dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla nazirlik tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

 

Görülmüş tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınaraq söndürülüb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş