“Bu, mənim xarici təzyiq olmadan qəbul edilmiş şəxsi qərarımdır"
Qırğızıstan Parlamentinin sədri Nurlanbek Turqunbek istefa verib. AYNA.AZ xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
"Ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, bir və ya iki nəfərə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm. Mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Mən könüllü olaraq istefa vermək qərarına gəldim. Bu, mənim xarici təzyiq olmadan qəbul edilmiş şəxsi qərarımdır", - Turqunbek deyib.
Spikerin istefası Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsindən bəri müzakirə olunur. Lakin parlament bu məlumatı təkzib edirdi.
Turqunbek 17 dekabr 2025-ci ildə VIII Parlamentin sədri seçilib. O həmçinin əvvəlki çağırışda ölkənin qanunverici orqanına rəhbərlik edib.
Daha əvvəl Prezident Sadır Japarov Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevi və onun üç müavinini vəzifədən azad edib. O qərarını milli birliyin gücləndirilməsi və cəmiyyətdə parçalanmanın qarşısının alınması zərurəti ilə izah edib.