Qazaxıstanda koronavirusdan ölənlərin sayı artıb

Dünya

02.09.2020 - 06:12

Koronavirus can almaqda davam edir 

 

Qazaxıstanda yeni növ koronavirusdan 24-30 avqust tarixlərində 65 nəfər vəfat edib.

 

AYNA-nın Trend-ə istinadən verdiyi məlumata görə, ölüm hallarından 3-ü Nur-Sultan şəhərində, 13-ü Almatı şəhərində, 1-i Çimkənd şəhərində, 4-ü Akmolinsk vilayəntində, 6-sı Almatı vilayəntində, 10-u Atırau vilayəntində, 12-si Şərqi-Qazaxıstan vilayəntində, 1-i Jambıl vilayəntində, 3-ü Qərbi-Qazaxıstan vilayəntində, 5-i Karaqanda vilayətində, 2-si Qızılorda vilayətində, 5-i isə Pavlodar vilayətində qeydə alınıb.

 

Məlumata əsasən, Qazaxıstan yeni növ koronavirusdan ölənlərin sayı 1 588 nəfərə çatıb.

Müəllif: Ayna.az