Qazaxıstanda hərbi hissədə partlayış, xeyli sayda yaralı var - <font color=red> VİDEO </font>

Dünya

26.08.2021 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Qasım-Jomart Tokayev: "Yanğının nəticələrinin aradan qaldırılması üçün operativ qərargah işə başlayıb"

 

Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrdən birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

 

AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə nəticəsində Fövqəladə Hallar Departamentinin əməkdaşları və hərbçilər yaralanıb. Vilayət administrasiyanın məlumatına görə, yaralıların sayı 60 nəfərdir. Daha əvvəl Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev "Twitter" səhifəsində 30 nəfərin yaralandığını və faktla bağlı cinayət işi açıldığını yazmışdı.

 

“Yanğının nəticələrinin aradan qaldırılması üçün operativ qərargah işə başlayıb. Müdafiə, fövqəladə hallar nazirləri, daxili işlər nazirinin müavini əraziyə yollanıb. Yaxınlıqdakı kəndlərin sakinlərinin təxliyyəsi barədə qərar qəbul edilib. Müvəqqəti olaraq dəmiryol əlaqəsi dayandırılıb”, - deyə Tokayev paylaşımında bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş