Qaradağda ikimərtəbəli evdə yanğın baş verib

Hadisə

04.10.2021 - 09:14

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş