3 otaqlı evin yanar konstruksiyaları və əşyaları 75 kvadratmetr sahədə yanıb
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 90 kvadratmetr olan kürsülü birmərtəbəli evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları 75 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.