Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq
“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçiriləcək oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Həmçinin, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. ”Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.