“Qarabağ” və “Kəpəz” cərimələnib

İdman

01.04.2025 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

AFFA İntizam Komitəsinin iclasında qərar verilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-dan AYNA.AZ-a bildirilib ki, iclasda Misli Premyer Liqasının XXVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Turan Tovuz” – “Qarabağ” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün ev sahibi komanda 700 manat cərimə edilib. Həmin matçda Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “köhlən atlar” 1500 manat ziyana düşüb.

“Neftçi” – “Araz-Naxçıvan” qarşılaşmasında “ağ-qaralar”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimə ödəyəcək. Naxçıvan təmsilçisi isə futbolçusunun formasında qüsur olması səbəbindən görüş gec başladığı üçün 800 manat cərimələnib.

“Səbail”lə oyunda “Kəpəz” azarkeşlərinin sındırdığı 6 oturacağa görə stadiona dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş